14-15 yaşlı yeniyetmə futbolçuların illik məşqin yarış mərhələsində zərbə və topaparma texniki fəndlərin təkmilləşdirilməsinin tədqiqi
Yeniyetmə futbolunun inkişaf etdirilməsinin əsas xüsusiyyəti futbolçuların texniki hazırlıqlarının inkişaf etdirilməsi probleminə yanaşma tərzinin dəyişdirilməsini tələb edir. Texniki göstəricilərin inkişaf səviyyəsinə təsir göstərən əsas amillər bunlardır; yaş xüsusiyyətləri, təlim-məşqin müddəti, intensivliyi, və oyun kimi amillərin nəzərə alınması. Texniki hazırlıq məşqində hər bir oyunçu üçün fərdi xüsusiyyətlərin nəzərə alınması ilə tapşırıqlar verilməli və eyni zamanda komandalı məşqlər edilməlidir. Məşq prosesini idərə edən mütəxəssislər qeyd edirlər ki,futbolda bütün komanda oyunçularına eyni həcm, intensivlik və istiqamətli yüklərinin verildiyi məşq prosesi ilə bağlı ənənəvi baxışlara yenidən baxmağın vaxtı çatıb Məşq zamanı hər bir oyunçunun fərdi imkanları maksimum nəzərə alınmalı, onların oyun amplualarına xas olan texniki hazırlıq imkanlarının formalaşmasını təmin edən modelləşdirilmiş məşq metodlarından istifadə etmək bu məqalədə öz əksini tapıb. Futbolçuların texniki hazırlıq xüsusən də zərbə və topaparma texniki fəndlərin təlimi, təkmilləşdirilməsi həmişə aktual olaraq qalır.
Authors
- Rəsul Əlizadə
Institutions
- Azerbaijan Sports Academy (AZ)
Publication Details
- Published
- 2026-11-12
- DOI
- https://doi.org/10.28942/snsa.v8i4y2026.856
- Primary Topic
- Sports Performance and Training
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00