GÜLƏŞMƏ MƏŞĞƏLƏLƏRİNDƏ PEDAQOJİ PRİNSİPLƏRİN TƏTBİQİ

Məqalə fiziki tərbiyə prosesinin aparıcı pedaqoji qanunauyğunluqlarından biri olan şüurluluq və fəallıq prinsipinin idman güləşi üzrə ibtidai hazırlıq mərhələsində praktik tətbiqi məsələlərinə həsr olunmuşdur. Tədqiqat «Olimpsport» idman klubunun sərbəst güləş bölməsində 13-14 yaşlı yeniyetmə güləşçilərlə uzunmüddətli pedaqoji müşahidə və metodiki yanaşma əsasında aparılmışdır. Müəllif həmin prinsipdən irəli gələn beş əsas tələbin – məşğul olanlarda fiziki tərbiyə prosesinin məqsəd və vəzifələri barədə anlayışın yaradılması, məqsədə çatmaq yollarının və vasitələrinin dərk etdirilməsi, öyrənilən materiala şüurlu münasibətin formalaşdırılması, qazanılan bilik və bacarıqların tətbiqi dəyərinin anlaşılması, uğurların qiymətləndirilməsi və uğursuzluqların təhlili bacarığının inkişaf etdirilməsi – hər biri üzrə konkret metodiki üsulların məzmununu açıqlayır. İşin elmi yeniliyi ondan ibarətdir ki, yeniyetmələrin təkmübarizəyə həddindən artıq həvəsinin yeni texniki fəaliyyətlərin şüurlu mənimsənilməsinə mane olması problemi qoyulmuş və onun aradan qaldırılması üçün dərsin strukturunun dəyişdirilməsi, qısamüddətli məşq görüşlərindən istifadə, yalnız öyrənilən fəndin tətbiqi ilə məhdudlaşan komanda yarışlarının keçirilməsi, yeniyetmələrin hakimlik təcrübəsinə cəlb edilməsi, ev tapşırıqları və idman gündəliyinin aparılması kimi metodiki üsullar sistem halında əsaslandırılmışdır. Aparılan işin nəticələri göstərir ki, bu üsulların kompleks tətbiqi yeniyetmələrin məşğələlərə marağını, intizamını, müstəqilliyini və texniki hazırlığının keyfiyyətini yüksəldir. Təklif olunan metodika idman məktəblərinin məşqçi-müəllimləri, bədən tərbiyəsi müəllimləri və bu sahədə təhsil alan tələbələr üçün praktik əhəmiyyət daşıyır.

Authors

Institutions

Publication Details

Published
2026-11-12
DOI
https://doi.org/10.28942/snsa.v8i4y2026.860
Primary Topic
Martial Arts: Techniques, Psychology, and Education
Type
article
Field-Weighted Citation Impact
0.00
Controls
|||
ALL TIME
JAN
FEB
MAR
APR
MAY
JUN
JUL
AUG
SEP
OCT
NOV
article

GÜLƏŞMƏ MƏŞĞƏLƏLƏRİNDƏ PEDAQOJİ PRİNSİPLƏRİN TƏTBİQİ

M.A. Nəcəfov
Martial Arts: Techniques, Psychology, and Education
article

GÜLƏŞMƏ MƏŞĞƏLƏLƏRİNDƏ PEDAQOJİ PRİNSİPLƏRİN TƏTBİQİ

M.A. Nəcəfov
article en

Abstract

Məqalə fiziki tərbiyə prosesinin aparıcı pedaqoji qanunauyğunluqlarından biri olan şüurluluq və fəallıq prinsipinin idman güləşi üzrə ibtidai hazırlıq mərhələsində praktik tətbiqi məsələlərinə həsr olunmuşdur. Tədqiqat «Olimpsport» idman klubunun sərbəst güləş bölməsində 13-14 yaşlı yeniyetmə güləşçilərlə uzunmüddətli pedaqoji müşahidə və metodiki yanaşma əsasında aparılmışdır. Müəllif həmin prinsipdən irəli gələn beş əsas tələbin – məşğul olanlarda fiziki tərbiyə prosesinin məqsəd və vəzifələri barədə anlayışın yaradılması, məqsədə çatmaq yollarının və vasitələrinin dərk etdirilməsi, öyrənilən materiala şüurlu münasibətin formalaşdırılması, qazanılan bilik və bacarıqların tətbiqi dəyərinin anlaşılması, uğurların qiymətləndirilməsi və uğursuzluqların təhlili bacarığının inkişaf etdirilməsi – hər biri üzrə konkret metodiki üsulların məzmununu açıqlayır. İşin elmi yeniliyi ondan ibarətdir ki, yeniyetmələrin təkmübarizəyə həddindən artıq həvəsinin yeni texniki fəaliyyətlərin şüurlu mənimsənilməsinə mane olması problemi qoyulmuş və onun aradan qaldırılması üçün dərsin strukturunun dəyişdirilməsi, qısamüddətli məşq görüşlərindən istifadə, yalnız öyrənilən fəndin tətbiqi ilə məhdudlaşan komanda yarışlarının keçirilməsi, yeniyetmələrin hakimlik təcrübəsinə cəlb edilməsi, ev tapşırıqları və idman gündəliyinin aparılması kimi metodiki üsullar sistem halında əsaslandırılmışdır. Aparılan işin nəticələri göstərir ki, bu üsulların kompleks tətbiqi yeniyetmələrin məşğələlərə marağını, intizamını, müstəqilliyini və texniki hazırlığının keyfiyyətini yüksəldir. Təklif olunan metodika idman məktəblərinin məşqçi-müəllimləri, bədən tərbiyəsi müəllimləri və bu sahədə təhsil alan tələbələr üçün praktik əhəmiyyət daşıyır.

Vol. 8(4)
Azerbaijan Sports Academy (AZ)
Quality education
Martial Arts: Techniques, Psychology, and Education
AI Navigator

Ask Laika to Summarize, Analyze, and Connect papers live on the map.

Summarize Papers & Methodologies

Extract key findings, datasets, and comparative methods across publications.

Benchmark Rankings & Visual Analytics

Rank top research institutions, authors, funders, topics, and journals by Field-Weighted Citation Impact (FWCI) and paper volume with instant charts.

Connect Distant Disciplines

Bridge topological clusters on the map to find hidden collaborative intersections.

Laika access coming soon