Kursantların Fiziki Hazırlıq Səviyyəsinin Peşə Fəaliyyətinə Təsiri
Məqalədə kursantların fiziki hazırlıq səviyyəsinin onların peşə fəaliyyətinə göstərdiyi təsir araşdırılmışdır. Müasir dövrdə hüquq-mühafizə, hərbi və xüsusi təyinatlı peşələrdə çalışan şəxslərdən yalnız nəzəri bilik deyil, həm də yüksək fiziki hazırlıq tələb olunur. Fiziki hazırlıq kursantların dözümlülüyünü, çevikliyini, gücünü və psixoloji dayanıqlığını artıraraq peşə fəaliyyətinin effektiv icrasına müsbət təsir göstərir. Araşdırmada fiziki hazırlığın peşə qabiliyyətlərinin formalaşmasında rolu, müntəzəm məşqlərin sağlamlığa və stressə davamlılığa təsiri geniş şəkildə təhlil edilmişdir. Eyni zamanda, fiziki hazırlıq səviyyəsinin zəif olmasının peşə fəaliyyətində yarada biləcəyi problemlər də qeyd edilmişdir. Məqalədə beynəlxalq təcrübələrə və son illərin elmi araşdırmalarına əsaslanaraq fiziki hazırlığın kursantların peşə bacarıqlarının inkişafında mühüm faktor olduğu göstərilmişdir. Nəticədə müəyyən edilmişdir ki, fiziki hazırlığın yüksək səviyyədə təşkili kursantların peşə hazırlığını artırır, onların fövqəladə situasiyalarda düzgün qərar qəbul etməsinə və tapşırıqları daha səmərəli yerinə yetirməsinə imkan yaradır. Məqalə kursantların fiziki hazırlığının təkmilləşdirilməsi istiqamətində elmi-praktik yanaşmaların əhəmiyyətini vurğulayır.
Authors
- Rauf Sadiqov
- İlkin Məmmədov
- Elman Həsənov
Institutions
- Azerbaijan Sports Academy (AZ)
Publication Details
- Published
- 2026-11-12
- DOI
- https://doi.org/10.28942/snsa.v8i4y2026.863
- Primary Topic
- Occupational Health and Performance
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00