Gənc futbolçuların keçid mərhələsində hazırlığın vasitə və metodların tədqiqi (12-16 yaş)
12-16 yaş arası keçid mərhələsi gənc futbolçuların uzunmüddətli inkişafında kritik bir dövrü təmsil edir və fiziki, texniki, taktiki, idrak və psixoloji qabiliyyətlərdə əhəmiyyətli dəyişikliklərlə xarakterizə olunur. Bu tədqiqat, gənc futbolçuların bu inkişaf mərhələsində təliminin effektiv vasitələrini və metodlarını araşdırmağı və oyunçuların hərtərəfli inkişafına töhfə verən yanaşmaları müəyyən etməyi hədəfləyir. Səmərəli hazırlığın “intensifikasiya”sı çox vacibdir, daha yüksək səviyyəli yarışlarda iştirak etməlidir. Çünki bu yaşda oyunçunun şəxsiyyətinin formalaşması başa çatır. Odur ki, onlar oyunlarda olan münaqişə və stressi idarə edə bilmək bacarığına sahibdir. Onlar böyük yarışlara hazırlaşmaq istəyi yaranır. Müasir dövrdə futbol yalnız kütləvi idman növü deyil, eyni zamanda yüksək səviyyəli peşəkar fəaliyyət sahəsi kimi sürətlə inkişaf edir. Bu inkişaf fonunda gənc futbolçuların hazırlanması sistemi xüsusi aktuallıq kəsb edir. Xüsusilə 12-16 yaş dövrünü əhatə edən keçid mərhələsi idman hazırlığında mühüm yer tutur və bu mərhələ gələcək peşəkar futbolçunun formalaşmasında həlledici rol oynayır. Gənc futbolçuların 12-16 yaş dövrü idman hazırlığında “keçid mərhələsi” kimi xarakterizə olunur və bu mərhələ uşaqlıqdan yeniyetməliyə keçidi əhatə edir. Bu dövr həm fiziki, həm psixoloji, həm də texniki-taktiki inkişaf baxımından olduqca həssas və mühüm mərhələdir. Məhz bu yaşlarda idmançının gələcək peşəkar inkişafının əsası qoyulur. Keçid mərhələsinin əsas xüsusiyyəti orqanizmin sürətli böyüməsi, hormonal dəyişikliklər və koordinasiya qabiliyyətində müvəqqəti qeyri-sabitliklə müşayiət olunmasıdır.
Authors
- Rüstəm Rüstəmli
- Namiq Quliyev
- Üzeyir Sadiqov
Institutions
- Azerbaijan Sports Academy (AZ)
Publication Details
- Published
- 2026-11-12
- DOI
- https://doi.org/10.28942/snsa.v8i4y2026.862
- Primary Topic
- Sport Psychology and Performance
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00