AZƏRBAYCAN POPULYASİYASINDA EMOSİYALARIN TƏNZİMLƏNMƏSİ SORĞUSU (ERQ-10) VƏ PEŞƏKAR PSİXOLOJİ YARDIMA MÜNASİBƏT ŞKALASININ (ATSPPH-SF) PSİXOMETRİK XÜSUSİYYƏTLƏRİ
Bu tədqiqat Emosiyaların Tənzimlənməsi Sorğusunun (ERQ-10) və Peşəkar Psixoloji Yardıma Münasibət Şkalasının Qısa Formasının (ATSPPH-SF) Azərbaycan ümumi populyasiyasında psixometrik xüsusiyyətlərini ilk dəfə araşdırmışdır. Kəsşmə-kəsiyi dizaynı tətbiq edilərək N=308 iştirakçıdan (kişi n=172, qadın n=109) iki mərhələdə məlumat toplanmış; kəşfedici (EFA) və doğrulayıcı faktor analizi (CFA), daxili tutarlılıq, konvergent validlik (AVE, CR) və diskriminant validlik (Fornell-Larcker meyarı) qiymətləndirilmiş, cins üzrə fərqlər t-testi ilə yoxlanılmışdır. Tədqiqatın elmi yeniliyi: ERQ-10 Azərbaycan dilli nümunədə ilk dəfə tam psixometrik qiymətləndirmədən keçmiş; ATSPPH-SF-nin müsbət ifadəli maddələrindən ibarət etibarlı qısa formasının yarandığı müəyyən edilmişdir. ERQ-10-un iki faktorlu strukturu yüksək uyğunluq göstəriciləri ilə təsdiqlənmişdir (χ^2 [34]=60.55; "CFI"=.978; "RMSEA"=.052); Reappraisal alt şkalası α=.889, "AVE"=.585, "CR"=.893, ATSPPH-SF-nin beş müsbət maddəli qısa forması isə α=.834, "AVE"=.510, "CR"=.837 göstərmişdir. Tətbiqi əhəmiyyəti: qadınlar kişilərə nisbətən həmin yenidən qiymətləndirmə strategiyasını daha çox istifadə etmiş (t[279]=-2.35; p=.020; d=0.29), həm də peşəkar psixoloji yardım axtarmağa daha açıq olmuşlar (t[289]=-6.28; p
Authors
- Gunel Aslanova
- G.R. Eyvazlı
Institutions
- Azerbaijan Sports Academy (AZ)
Publication Details
- Published
- 2026-11-12
- DOI
- https://doi.org/10.28942/snsa.v8i4y2026.870
- Primary Topic
- Psychometric Methodologies and Testing
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00