İNTELLEKTUAL STOLÜSTÜ OYUNLARDAN İSTİFADƏNİN MƏKTƏBLİ ŞƏXSİYYƏTİNİN SOSİAL-KOMMUNİKATİV İNKİŞAFINA TƏSİRİ
Məqalədə intellektual stolüstü oyunlardan sistemli pedaqoji vasitə kimi istifadənin 12–15 yaşlı məktəblilərin kommunikativ bacarıqlarının inkişafına təsiri araşdırılmışdır. Tədqiqatda 120 məktəbli iştirak etmiş, 60 nəfər eksperimental, 60 nəfər isə nəzarət qrupuna daxil edilmişdir. Eksperimental qrupda 12 həftə ərzində həftədə iki dəfə, hər biri 90 dəqiqə olmaqla qalaqapı (Qo), şahmat, dama və nərd kimi intellektual stolüstü oyunlardan istifadə edilmişdir. Kommunikativ bacarıqlar səkkiz istiqamət üzrə qiymətləndirilmişdir: şifahi kommunikasiya, dinləmə bacarıqları, qeyri-verbal kommunikasiya, sosial qarşılıqlı fəaliyyət, empatiya, münaqişələrin həlli, özünüifadə və inandırma bacarıqları. İlkin ölçmədə qrupların göstəriciləri bir-birinə yaxın olmuşdur. Pedaqoji müdaxilədən sonra eksperimental qrupun bütün göstəricilərində nəzərəçarpacaq artım müşahidə edilmişdir.
Authors
- Q.M. Cəfərov
Institutions
- Azerbaijan Sports Academy (AZ)
Publication Details
- Published
- 2026-11-12
- DOI
- https://doi.org/10.28942/snsa.v8i4y2026.855
- Primary Topic
- Social Skills and Education
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00