SAÇ DƏRISININ DERMATOZLARININ ƏSAS ETIOLOJI TÖRƏDICILƏRINƏ QARŞI, ABŞERON ŞƏRAITINDƏ INTRODUKSIYA OLUNMUŞ SALVIA ROSMARINUS SPENN. BITKISININ ANTIMIKROB AKTIVLIYI
Tədqiqat Abşeron yarımadası şəraitində introduksiya olunmuş Salvia rosmarinus Spenn. bitkisinin saç dərisinin dermatozlarının törədicilərinə qarşı antimikrob aktivliyinin öyrənilməsinə həsr edilmişdir. İşin aktuallığı bu xəstəliklərin geniş yayılması və mikroorqanizmlərin ənənəvi antimikrob preparatlara qarşı artan davamlılığı ilə bağlıdır. Tədqiqatın məqsədi Salvia rosmarinus Spenn. bitkisinin efir yağı, həmçinin yerüstü və yeraltı hissələrindən alınmış su-spirt ekstraktlarının antimikrob aktivliyinin müqayisəli qiymətləndirilməsi olmuşdur. Tədqiqat obyektlərini 78 pasiyentdən ayrılmış klinik mikroorqanizm ştammları, eləcə də Staphylococcus aureus və Candida albicans referent kulturaları təşkil etmişdir, maddələrin aktivliyi isə disk-diffuziya üsulu və minimal inhibəedici konsentrasiyanın (MIC) təyini metodu ilə qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, tədqiq olunan efir yağı ən yüksək antimikrob aktivlik göstərmişdir (MIC 0,5–1,25%). Yerüstü hissələrin ekstraktları orta dərəcədə təsir göstərdiyi halda, yeraltı hissələr zəif aktivlik nümayiş etdirmişdir. Oxşar nəticələr dermatofitlər və mayayabənzər göbələklər üçün də müşahidə edilmişdir. Əldə edilmiş nəticələr Salvia rosmarinus Spenn. efir yağının saç dərisinin infeksion dermatozlarının müalicəsi üçün fitoterapevtik vasitələrin hazırlanmasında perspektivli olduğunu təsdiqləyir.
Authors
- H.Ə Qədirova
Publication Details
- Published
- 2026-10-13
- DOI
- https://doi.org/10.28942/atuj.v6i3y2026.162
- Primary Topic
- Essential Oils and Antimicrobial Activity
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00