LAPAROSKOPIK XOLESISTEKTOMIYA ZAMANI SIMULTAN ABDOMINAL ƏMƏLIYYATLARIN TƏHLÜKƏSIZLIYI VƏ KLINIK NƏTICƏLƏRI

Öd daşı xəstəliyi dünyada ən geniş yayılmış cərrahi patologiyalardan biri olaraq qalmaqdadır və laparoskopik xolesistektomiya onun müalicəsində “qızıl standart” hesab olunur. Laparoskopik xolesistektomiya icra olunan pasiyentlərin əhəmiyyətli hissəsində yanaşı abdominal və ya kiçik çanaq patologiyalarının mövcudluğu eyni əməliyyat seansında simultan cərrahi müdaxilələrin təhlükəsizliyinin və məqsədəuyğunluğunun qiymətləndirilməsini aktuallaşdırır. Bu retrospektiv müşahidə xarakterli tədqiqatda 2015–2025-ci illər ərzində laparoskopik xolesistektomiya zamanı simultan abdominal cərrahi əməliyyatlar icra edilmiş 410 pasiyentin klinik nəticələri təhlil edilmişdir. Demoqrafik göstəricilər, simultan əməliyyatların növləri, cərrahi taktika, əməliyyatsonrası ağırlaşmalar və hospitalizasiya müddəti deskriptiv statistik üsullarla qiymətləndirilmişdir. Pasiyentlərin 83,4%-ni qadınlar təşkil etmiş, əksəriyyəti isə orta və yaşlı yaş qruplarına aid olmuşdur. Ən çox icra edilən simultan əməliyyatlar ginekoloji cərrahi müdaxilələr və qarın ön divarı yırtıqlarının plastikası olmuşdur. Xəstələrin 70,48%-də əməliyyatın bütün mərhələləri tam laparoskopik üsulla həyata keçirilmişdir. Əməliyyatsonrası ağırlaşmalar 2,7% hallarda müşahidə edilmiş və yalnız Clavien–Dindo təsnifatına görə I–II dərəcəli yüngül ağırlaşmalar qeydə alınmışdır. Letallıq halı müşahidə edilməmişdir. Tam laparoskopik yanaşma daha qısa hospitalizasiya müddəti və daha sürətli əməliyyatsonrası bərpa ilə əlaqələndirilmişdir. Laparoskopik xolesistektomiya zamanı simultan abdominal əməliyyatlar düzgün seçilmiş pasiyentlərdə təhlükəsiz və effektiv cərrahi yanaşma hesab oluna bilər. Əldə olunan nəticələr bu yanaşmanın təkrar narkoz və hospitalizasiya ehtiyacını azalda biləcəyini, bununla da klinik və potensial sosial-iqtisadi üstünlüklər təmin edə biləcəyini göstərir. Bu nəticələrin təsdiqlənməsi və pasiyent seçimi ilə cərrahi taktikanın standartlaşdırılması üçün müqayisəli statistik təhlilləri əhatə edən gələcək prospektiv, çoxmərkəzli tədqiqatlara ehtiyac vardır.

Authors

Institutions

Publication Details

Published
2026-10-13
DOI
https://doi.org/10.28942/atuj.v6i3y2026.163
Primary Topic
Gallbladder and Bile Duct Disorders
Type
article
Field-Weighted Citation Impact
0.00
Controls
|||
ALL TIME
JAN
FEB
MAR
APR
MAY
JUN
JUL
AUG
SEP
OCT
article

LAPAROSKOPIK XOLESISTEKTOMIYA ZAMANI SIMULTAN ABDOMINAL ƏMƏLIYYATLARIN TƏHLÜKƏSIZLIYI VƏ KLINIK NƏTICƏLƏRI

S.M Zeynalov
Gallbladder and Bile Duct Disorders
article

LAPAROSKOPIK XOLESISTEKTOMIYA ZAMANI SIMULTAN ABDOMINAL ƏMƏLIYYATLARIN TƏHLÜKƏSIZLIYI VƏ KLINIK NƏTICƏLƏRI

S.M Zeynalov
article en

Abstract

Öd daşı xəstəliyi dünyada ən geniş yayılmış cərrahi patologiyalardan biri olaraq qalmaqdadır və laparoskopik xolesistektomiya onun müalicəsində “qızıl standart” hesab olunur. Laparoskopik xolesistektomiya icra olunan pasiyentlərin əhəmiyyətli hissəsində yanaşı abdominal və ya kiçik çanaq patologiyalarının mövcudluğu eyni əməliyyat seansında simultan cərrahi müdaxilələrin təhlükəsizliyinin və məqsədəuyğunluğunun qiymətləndirilməsini aktuallaşdırır. Bu retrospektiv müşahidə xarakterli tədqiqatda 2015–2025-ci illər ərzində laparoskopik xolesistektomiya zamanı simultan abdominal cərrahi əməliyyatlar icra edilmiş 410 pasiyentin klinik nəticələri təhlil edilmişdir. Demoqrafik göstəricilər, simultan əməliyyatların növləri, cərrahi taktika, əməliyyatsonrası ağırlaşmalar və hospitalizasiya müddəti deskriptiv statistik üsullarla qiymətləndirilmişdir. Pasiyentlərin 83,4%-ni qadınlar təşkil etmiş, əksəriyyəti isə orta və yaşlı yaş qruplarına aid olmuşdur. Ən çox icra edilən simultan əməliyyatlar ginekoloji cərrahi müdaxilələr və qarın ön divarı yırtıqlarının plastikası olmuşdur. Xəstələrin 70,48%-də əməliyyatın bütün mərhələləri tam laparoskopik üsulla həyata keçirilmişdir. Əməliyyatsonrası ağırlaşmalar 2,7% hallarda müşahidə edilmiş və yalnız Clavien–Dindo təsnifatına görə I–II dərəcəli yüngül ağırlaşmalar qeydə alınmışdır. Letallıq halı müşahidə edilməmişdir. Tam laparoskopik yanaşma daha qısa hospitalizasiya müddəti və daha sürətli əməliyyatsonrası bərpa ilə əlaqələndirilmişdir. Laparoskopik xolesistektomiya zamanı simultan abdominal əməliyyatlar düzgün seçilmiş pasiyentlərdə təhlükəsiz və effektiv cərrahi yanaşma hesab oluna bilər. Əldə olunan nəticələr bu yanaşmanın təkrar narkoz və hospitalizasiya ehtiyacını azalda biləcəyini, bununla da klinik və potensial sosial-iqtisadi üstünlüklər təmin edə biləcəyini göstərir. Bu nəticələrin təsdiqlənməsi və pasiyent seçimi ilə cərrahi taktikanın standartlaşdırılması üçün müqayisəli statistik təhlilləri əhatə edən gələcək prospektiv, çoxmərkəzli tədqiqatlara ehtiyac vardır.

Vol. 6(3)
Azerbaijan Medical University (AZ)
Openalex Percentile: Top 13%
Gallbladder and Bile Duct Disorders
AI Navigator

Ask Laika to Summarize, Analyze, and Connect papers live on the map.

Summarize Papers & Methodologies

Extract key findings, datasets, and comparative methods across publications.

Benchmark Rankings & Visual Analytics

Rank top research institutions, authors, funders, topics, and journals by Field-Weighted Citation Impact (FWCI) and paper volume with instant charts.

Connect Distant Disciplines

Bridge topological clusters on the map to find hidden collaborative intersections.