SKAFFOLDİNQ İDMAN TƏHSİLİNDƏ İNNOVATİV PEDAQOJİ YANAŞMA KİMİ
Annotasiya. Məqalədə skaffoldinqin idman təhsilində innovativ pedaqoji yanaşma kimi əhəmiyyəti tədqiq edilir. Araşdırma çərçivəsində skaffoldinq anlayışının məzmunu, idman pedaqogikasında tətbiq imkanları və onun tələbələrin bilik, bacarıq və praktik vərdişlərinin inkişafına təsiri təhlil olunur. İşdə müəllim və məşqçinin yönləndirici funksiyası, mərhələli dəstəyin rolu, həmçinin tələbələrin müstəqil fəaliyyətə hazırlanması məsələləri diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, skaffoldinq yanaşmasının idman dərslərində motivasiya səviyyəsinin yüksəlməsinə, əməkdaşlıq mühitinin formalaşmasına, problem həll etmə və reflektiv düşünmə bacarıqlarının inkişafına verdiyi töhfə vurğulanır. Tədqiqatın nəticələri göstərir ki, skaffoldinq idman təhsilində təlimin keyfiyyətini və effektivliyini artıran tələbəyönümlü innovativ pedaqoji yanaşmalardan biridir.
Authors
- Nərmin Əzizova
Publication Details
- Published
- 2026-07-30
- DOI
- https://doi.org/10.28942/snsa.v3i8y2026.845
- Primary Topic
- Teacher Professional Development and Motivation
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00