MÜXTƏLİF TİP HÜCEYRƏLƏRDƏ “SUMAX MEYVƏSİNDƏN ALINMIŞ EKSTRAKTIN” MUTAGEN ƏLEYHİNƏ AKTİVLİYİ
Məqsəd süni mutagen maddələrin (metilnitrozoquanidin - MNNQ) təsiri altında, “sumax meyvəsindən alınmış ekstrakt”ın modifikator qabiliyyətini müəyyənləşdirmək və ən effektiv dozasını üzə çıxarmaqdır. Təcrübələr bir-birindən fərqli hüceyrələr üzərində aparılmışdı: ağ cins olmayan (28 həftəlik) siçovulların bud sümüyü iliyinin hüceyrələri və sağlam donordan alınmış insanın periferik qan limfositləri. Metilnitrozoquanidinin - MNNQ təsiri altında, “sumax meyvəsindən alınmış ekstrakt”ın modifikator qabiliyyətinin ən effektiv dozası uyğun olaraq 0,3mq/100q və 0,01 mkq/ml dozası olmuşdu.
Authors
- M.İ. Quliyev
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2026-04-07
- DOI
- https://doi.org/10.28942/atuj.v6i1y20026.137
- Primary Topic
- Nuts composition and effects
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00