NORMADA QARAСİYƏRXARİCİ ÖD AXACAQLARINDA YERLƏŞƏN LİMFOİD DÜHÜNCÜKLƏRİN İNSANIN BƏTNXARİCİ İNKİŞAFININ MÜXTƏLİF YAŞ DÖVRLƏRİNDƏ BƏZİ MORFOMETRİK GÖSTƏRİCİLƏRİ
Dünyada hər il təxminən 1 milyon insan serozdan, 1 milyon insan isə viruslu hepatitdən və hepatosellular karsinomadan vəfat edir. Sirroz əlilliyə gətirib çıxaran əsas 20 səbəbindən biridir. Belə ki, bu patologiya 1,6 % – 2,1 % halda əlilliyə səbəb olur. Ultrasəs ilə müəyyən edilən əhali 2 % – 15 %-də öd daşı xəstəliyi aşkar edilir . Öd yollarının xərçəngi hepatobiliar sistemin xərçəng xəstəlikləri arasında dünyada ikinci yerdə durur. Qaraciyər və öd yolları əsrlər boyu tibbin müxtəlif sahələrinə aid olan tədqiqatçıların diqqətini cəlb etmiş və cəlb etməkdədir. Bununla belə, bu orqanların quruluşunun və funksiyalarının, həmçinin uyğunlaşma, immun müdafiə xüsusiyyətlərinin bir sıra problemləri bu günə qədər həll edilməmiş qalır. Qaraciyərin və öd yollarının bəzi strukturlarını daha geniş mikroskopik və ultramikroskopik tədqiqinə hal-hazırda ehtiyac vardır. Buna görə də bu orqanlar təkcə cərrah və terapevtlərin deyil, morfoloqların da diqqət mərkəzində olmaqda davam edir. Morfoloji baxımdan qaraciyərin və öd yollarının az tədqiq olunan strukturlardan biri də limfoid törəmələrdir. Limfoid strukturlar bir sıra bəd və xoşxassəli şişlərin (limfomanın, xolangiokarsinomanın, öd yollarının papilliyar törəmələrinin və s.) mənbəyi hesab olunur. Son illərdə əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki, professor V.B. Şadlinskinin elmi məktəbinin nümayəndələri daxili orqanların divarında yerləşən limfoid strukturların öyrənilməsinə həsr olunmuş çoxsaylı tədqiqat işləri aparmışlar. Lakin morfoloji cəhətdən qaraciyərxarici öd yollarının limfoid strukturlarının morfometrik xüsusiyyətləri normada az tədqiq olunmuşdur.
Authors
- N.H Əliyeva
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2025-12-24
- DOI
- https://doi.org/10.28942/jtcem.v5i3y2025.3
- Primary Topic
- Genetic and Kidney Cyst Diseases
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00