SİKLOFOSFAMİD VƏ DOKSORUBİSİNİN DİŞİ AĞ SİÇOVULLARIN REPRODUKTİV FUNKSİYASINA TƏSİRİNİN TƏDQİQİ
İşin məqsədi. Apardığımız tədqiqatın əsas məqsədi sitostatiklər qrupundan olan siklofosfamid və doksorubisinin ayrı-ayrılıqda və birlikdə müalicə məqsədilə istifadəsi fonunda dişi ağ siçovullarda hamiləliyin baş verməsi, gedişi, yeni doğulmuş balalarda teratogen təsir effektinə malik əlamətləri tədqiq etməkdən ibarətdir. Materialların və tədqiqat metodları. Tədqiqatlar Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzinin vivariumunda yetişdirilmiş, çəkisi 180–200 q olan 66 baş xətti bəlli olmayan dişi ağ siçovul üzərində aparılmışdır. Heyvanlar 7 qrupa bölünmüşdür. Nəzarət qrupunda 6, təcrübə qruplarında isə hər qrupda 10 dişi siçovuldan istifadə olunmuşdur. 1-ci təcrübə qrupu dişilərə 1 həftə müddətində siklofosfamidin 10 mq/kq, ikinci qrupa 20 mq/kq dozası (Rusiya Federasiyası), üçüncü qrupa doksorubisinin 2,5 mq/kq, dördüncü qrupa 5 mq/kq (Almaniya) dozası tətbiq olunmuşdur. Beşinci qrupa siklofosfamid 10 mq/kq və 2,5 mq/kq dozada doksorubisin, 6-cı qrupa isə siklofosfamid 20 mq/kq və doksorubisin 5 mq/kq dozada birlikdə qarındaxili inyeksiya olunmuşdur. Bundan sonra həmin dişi siçovullar 1:2 nisbətində intakt erkək ağ siçovullarla eyni qəfəsə salınmışdır. Heyvanlar mayalanma baş verənə qədər bir yerdə saxlanılmışdır. Bundan sonra erkəklər dişilərdən ayırılmışdır.
Authors
- M.F. Heybətova
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2025-12-24
- DOI
- https://doi.org/10.28942/jtcem.v5i3y2025.5
- Primary Topic
- Bone and Dental Protein Studies
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00