AĞ SİÇOVULLARIN XARİCİ VƏ DAXİLİ QALÇA ARTERİYALARIN SİNİR STRUKTURLARININ FƏRDİ XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN MÜQAYİSƏSİ
Damar sistemi sahəsində son zamanalar patologiyaların artması müxtəlif sahələrdə olan damarların divarlarındakı vegetativ innervasiyaların daha dəqiqliklə öyrənilməsinin vacibliyi tələb edir. Klinik tibbin aktual problemlərindən birini damar sisteminin patoloji dəyişiklikləri təşkil edir. Bu baxımdan damarların divarlarındakı tonusun tənzimini təmin edən qan damarlarının innervasiyasına son zamanlar böyük yer ayrılır. Bəzi onurğalıların qan damarlarının divarlarındakı sinir aparatının öyrənilməsi damarların simpatik innervasiyası haqqında əldə olunan məlumatları artırır. Vücudun müxtəlif nahiyyələrin damarlarının sinir aparatının tədqiqatları damarların müxtəlif funksional aktivliyi haqqında məlumatlar verir. Son zamanlar vegetativ sinir sisteminin və damarların sinir strukturlarının funksional dəyişiklikləri tez-tez rast gəlir. Əldə olunan ədəbiyyatın təhlili bütün qan damarlarının tərkibində simpatik sinir liflərinin olmasını, lakin dilin, ağız suya vəzilərin və xarici cinsiyyət orqanların qan damarlarında noradrenergik sinir lifləri ilə birlikdə xolenergik sinir liflərinin olduğunu təsdiq edir [1,2,3,4,5,6,7,9]. Eyni vaxtda qan damarlarının tonusunun tənzimlənməsində simpatik strukturları bir başa iştirak edir [2,8]. Yuxarıda qeyd olunanlar neyronarası və neyrontoxuma sinapsların tərkibindəki sinir strukturlarının daha dərin öyrənilməsini tələb edir. Əldə olunan ədəbiyyatın təhlili ağ siçovulların xarici və daxili qalça arteriyalarının divarların tərkibində noradrenergik sinir strukturlarının az olduğunu göstərir və bu məlumatlar fraqmentar şəkildə olduğunu təsdiqləyir.
Authors
- M.İ Bayramov
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2025-12-24
- DOI
- https://doi.org/10.28942/jtcem.v5i3y2025.2
- Primary Topic
- Comparative Animal Anatomy Studies
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00