MÜXTƏLİF SOMATOTİPLƏRƏ AİD AZƏRBAYCANLI GƏNC QIZLARDA BAZU VƏ SAİDİN DƏRİ-PİY BÜKÜŞÜ QALINLIĞININ KALİPEROMETRİK TƏDQİQİ
Klassik antropometriyanın tibbi praktikada geniş istifadə edilən üsullarından biri də kaliperometriyadır. Adətən, bu üsulun tətbiqi zamanı paralel olaraq, bədən kütləsi indeksini müəyyənləşdirmək üçün müasir bioimpedansometriya üsulundan da istifadə etməyə zərurət yaranır. Kaliperometriya üsulu insan orqanizminin müxtəlif nahiyələrinin dəri-piy büküşü qalınlığının ölçü göstəricilərinin araşdırıldığı şəxsin fiziki inkişaf dərəcəsinin, eləcə də onun antropometrik ölçülərinin variabelliyinin, piylənməyə meyilliyinin olubolmamasını müəyyənləşdirməyə zəmin yarada bilən vasitədir. Hər bir fərdin bədəninin müxtəlif nahiyələrinin dəri-piy büküşü qalınlığının inkişaf dərəcəsini bilməklə onun hansı somatotipə və ya konstitusiya qrupuna mənsubluğu, ümumi bədən kütləsi defisitinin və ya ifratlığının olub-olmaması, həmçinin, hansı qeyri-infeksion xəstəliklərə meyilliklər haqqında əvvəlcədən fikir yürütmək imkanı reallaşır. Odur ki, antropometriyanın, eləcə də kraniometriya və pelviometriyanın bir qolunu təşkil edən kaliperometriya və bioimpedansometriya üsullarının qarşılıqlı vəhdətdə tətbiqi sayəsində qarşıya qoyulan tədqiqat işinin məqsədinin həllinə yol açmağa müvafiq şərait yaradılması imkanı gerçəkləşir.
Authors
- M.Q Allahverdiyev
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2025-12-24
- DOI
- https://doi.org/10.28942/jtcem.v5i3y2025.1
- Primary Topic
- Body Composition Measurement Techniques
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00