AZƏRBAYCAN FLORASINDA YAYILMIŞ THALICTRUM MINUS L. BİTKİSİNDƏ MAKRO- VƏ MİKROELEMENTLƏRİN ORQANLAR ÜZRƏ PAYLANMASI
Azərbaycan florasından Qaymaqçiçəyikimilər (Ranunculaceae) fəsiləsinə aid olan kiçik qaraqaytaran (Thalictrum minus L.) bitkisinin müxtəlif orqanlarının (kök, yarpaq, çiçək və toxum) makro- və mikroelement tərkibi öyrənilmişdir. Bitki nümunələrinin analizi ICP-MS (Agilent 7700e) cihazı vasitəsilə aparılmış və nəticədə makroelementlər (Ca, K, Mg, Na, P), mikroelementlər (Fe, Zn, Cu, Mn, Se), metalloidlər (B, Si, As), ağır metallar (Pb, Cd, Hg) və qeyri-metalların miqdarı müəyyənləşdirilmişdir. Analizlər göstərmişdir ki, bitkinin kökü yüksək qatılıqda kalsium (12400 mq/kq), kalium (5400 mq/kq), maqnezium (1200 mq/kq) və dəmir (3300 mq/kq) saxlayır. Yarpaq və çiçəkdə fosforun (5245.3 və 4914.3 mq/kq) üstünlüyü fotosintetik aktivliyi əks etdirir. Toxumda isə sink (18.9 mq/kq) və fosfor (3925.6 mq/kq) yüksək qaılıqda olub, bu da enerji və cücərmə prosesləri üçün vacibdir. Çiçəkdə arsenin 6.05 mq/kq səviyyəsində aşkar olunması diqqətə layiqdir. Ağır metallar arasında qurğuşun və kadmium çox aşağı miqdarda (Pb 0.037–0.47 mq/kq; Cd 0.045–0.11 mq/kq) müəyyən edilmişdir. Nəticələr göstərir ki, T. minus L. biomonitorinq və fitoterapiya üçün əhəmiyyətli mineral profilə malikdir. Tədqiqat işi T. minus L. bitkisinin biogeokimyəvi xüsusiyyətlərinin, farmakoekoloji potensialının və ekoloji təhlükəsizlik baxımından qiymətləndirilməsinə yeni yanaşmalar təqdim edir.
Authors
- Nəsirli İ.Ü.
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2025-11-26
- DOI
- https://doi.org/10.28942/atuj.v5i2y2025.121
- Primary Topic
- Saffron Plant Research Studies
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00