QİDA BORUSU VƏ MƏDƏNİN VARİKOZ VENALARININ ENDOSKOPİK MÜALİCƏSİNDƏ BİZİM TƏCRÜBƏMİZ

Varikoz qanaxmalar üst qastrointestinal qanaxmaların 10%-i təşkil edir. Varikoz qanaxmaların müalicəsi mürəkkəbdir, bəzi hallarda təkrar qanaxmalarla müşahidə olunur, hətta letallıqla nəticələnir. Terapevtik (endoskopik) müdaxilə olunmadıqda ilk 6 həftə ərzində təkrar qanaxma(lar) baş verir. Mədə varikozları (MV) ezofageal varikozlarla (EV) müqayisədə daha az (20%) rast gəlinir. Portal hipertenziyalı (PH) xəstələrin 4-65%-də MVu diaqnozu qoyulduqdan 2 il ərzində qanaxma baş verir. MV diaqnozu daha ciddidir, intensiv qanaxma və ağırlaşma riskinə malikdir. Ona görə də MV-dan qanaxmanın optimal müalicəsi prosesi daim araşdırılır. Son illərin ədəbiyyatlarında Qastroezofageal varikozlar (QEV) zamanı EV-larda band liqasiyası, MV optimal Obliterasiyaedici dərman maddələrinin (toxuma yapışdırıcıları) - N-butil-sianoakrilatın (Glubran-2) endoskopik tətbiqi azinvaziv və optimal müalicə üsulu hesab edilir. QEV mənşəli qanaxmalar zamanı endoskopik taktikanın seçilməsi, qanaxmanın lokalizasiyandan asılı olaraq ilk növbədə hansı varikoza və nə zaman müdaxilə olunması məsələlərinin öyrənilməsindən ibarətdir. QEV-dan üst qastrointestinal qanaxma ilə 116 xəstədə band liqasiyası və Glubran-2 inyeksiyası ilə endoskopik müalicəsi aparılmışdır. Xəstələr 3 qrupa ayrılmışdır: I qrup - qanaxan EV və qanaxma riskli MV- 55; II qrup - qanaxma riskli EV və qanaxan MV – 24; III qrup- qanaxma riskli EV və MV - 37 xəstə. Bu xəstələrdə təkrar qanaxma(lar), ağırlaşma(lar) və optimal sklerozlaşma müddəti öyrənilmişdir. Qruplarda orta yaş 59.8±9.6, K/Q nisbəti 70/46, orta müşahidə müddəti 409.6±202.3 gün təşkil etmişdir. I qrupda EV-ın liqasiyasından sonra qanaxma riskli MV xəstələrdə qanaxma daha çox rast gəlmişdir – 14-33.3%. Bu xəstələrdə EV bağlandıqdan sonra portal təzyiq artaraq MV cırılması və təkrar qanaxma(lar)ya səbəb olmuşdur. I qrupda 7 xəstədə 1 həftə ərzində MV-dan qanaxmaya görə MV obliterasiya edilmişdir, 2 xəstədə qanaxmaya endoskopik nəzarət mümkün olmadığı üçün TİPS-ə göndərilmişdir. II qrupun 14 xəstəsində MV-ın obliterasiyası və EV-ın band liqasiyası eynimomentli icra edilmişdir. 10 xəstədə əvvəl MV-nın obliterasiyası, sonrakı 3-4 həftə ərzində isə EV-nin band liaqsiyası yerinə yetirilmişdir. III qrupun xəstələrində əvvəl MV-nın obliterasiyası olunmuş və eyni seansda EV elastik halqalarla bağlanmışdır. Bütün qruplarda plevrit, postliqasion xoralaşma, spontan bakterial peritonit, pnevmoniya, assit, ensefalopatiya kimi ağırlaşmalar müşahidə edilmişdir. Yekun: 1. Qidaborusu və mədə varikozları tibbdə geniş yayılmış problem olub, üst qastrointestinal qanaxmalarda ölümün əsas səbəblərindən biri hesab edilir. 2. Qanaxma zamanı lokalizasiyasından asılı olmayaraq ilk növbədə mənbəyə endoskopik müdaxilə olunmalıdır. 3. Qidaborusu varikozlarında band liqasiyası, Mədə varikozlarinda isə toxuma yapışdırıcısı ilə obliterasiya ən optimal üsul hesab olunur. 4. Qanayan mədə varikozları ilə yanaşı EV-da da qanaxma riski varsa, eyni momentdə onlara da müdaxilə olunması tövsiyyə edilir. 5. EV- dan qanaxmalar zamanı MV-na müdaxilə edilmir, çünki bu zaman bağlanan EV-dan təkrari qanaxma riski artmış olur.

Authors

Institutions

Publication Details

Published
2025-11-26
DOI
https://doi.org/10.28942/atuj.v5i2y2025.125
Primary Topic
Liver Disease and Transplantation
Type
article
Field-Weighted Citation Impact
0.00
Controls
|||
ALL TIME
JAN
FEB
MAR
APR
MAY
JUN
JUL
AUG
SEP
OCT
article

QİDA BORUSU VƏ MƏDƏNİN VARİKOZ VENALARININ ENDOSKOPİK MÜALİCƏSİNDƏ BİZİM TƏCRÜBƏMİZ

T.M. Rzayev
Liver Disease and Transplantation
article

QİDA BORUSU VƏ MƏDƏNİN VARİKOZ VENALARININ ENDOSKOPİK MÜALİCƏSİNDƏ BİZİM TƏCRÜBƏMİZ

T.M. Rzayev
article en

Abstract

Varikoz qanaxmalar üst qastrointestinal qanaxmaların 10%-i təşkil edir. Varikoz qanaxmaların müalicəsi mürəkkəbdir, bəzi hallarda təkrar qanaxmalarla müşahidə olunur, hətta letallıqla nəticələnir. Terapevtik (endoskopik) müdaxilə olunmadıqda ilk 6 həftə ərzində təkrar qanaxma(lar) baş verir. Mədə varikozları (MV) ezofageal varikozlarla (EV) müqayisədə daha az (20%) rast gəlinir. Portal hipertenziyalı (PH) xəstələrin 4-65%-də MVu diaqnozu qoyulduqdan 2 il ərzində qanaxma baş verir. MV diaqnozu daha ciddidir, intensiv qanaxma və ağırlaşma riskinə malikdir. Ona görə də MV-dan qanaxmanın optimal müalicəsi prosesi daim araşdırılır. Son illərin ədəbiyyatlarında Qastroezofageal varikozlar (QEV) zamanı EV-larda band liqasiyası, MV optimal Obliterasiyaedici dərman maddələrinin (toxuma yapışdırıcıları) - N-butil-sianoakrilatın (Glubran-2) endoskopik tətbiqi azinvaziv və optimal müalicə üsulu hesab edilir. QEV mənşəli qanaxmalar zamanı endoskopik taktikanın seçilməsi, qanaxmanın lokalizasiyandan asılı olaraq ilk növbədə hansı varikoza və nə zaman müdaxilə olunması məsələlərinin öyrənilməsindən ibarətdir. QEV-dan üst qastrointestinal qanaxma ilə 116 xəstədə band liqasiyası və Glubran-2 inyeksiyası ilə endoskopik müalicəsi aparılmışdır. Xəstələr 3 qrupa ayrılmışdır: I qrup - qanaxan EV və qanaxma riskli MV- 55; II qrup - qanaxma riskli EV və qanaxan MV – 24; III qrup- qanaxma riskli EV və MV - 37 xəstə. Bu xəstələrdə təkrar qanaxma(lar), ağırlaşma(lar) və optimal sklerozlaşma müddəti öyrənilmişdir. Qruplarda orta yaş 59.8±9.6, K/Q nisbəti 70/46, orta müşahidə müddəti 409.6±202.3 gün təşkil etmişdir. I qrupda EV-ın liqasiyasından sonra qanaxma riskli MV xəstələrdə qanaxma daha çox rast gəlmişdir – 14-33.3%. Bu xəstələrdə EV bağlandıqdan sonra portal təzyiq artaraq MV cırılması və təkrar qanaxma(lar)ya səbəb olmuşdur. I qrupda 7 xəstədə 1 həftə ərzində MV-dan qanaxmaya görə MV obliterasiya edilmişdir, 2 xəstədə qanaxmaya endoskopik nəzarət mümkün olmadığı üçün TİPS-ə göndərilmişdir. II qrupun 14 xəstəsində MV-ın obliterasiyası və EV-ın band liqasiyası eynimomentli icra edilmişdir. 10 xəstədə əvvəl MV-nın obliterasiyası, sonrakı 3-4 həftə ərzində isə EV-nin band liaqsiyası yerinə yetirilmişdir. III qrupun xəstələrində əvvəl MV-nın obliterasiyası olunmuş və eyni seansda EV elastik halqalarla bağlanmışdır. Bütün qruplarda plevrit, postliqasion xoralaşma, spontan bakterial peritonit, pnevmoniya, assit, ensefalopatiya kimi ağırlaşmalar müşahidə edilmişdir. Yekun: 1. Qidaborusu və mədə varikozları tibbdə geniş yayılmış problem olub, üst qastrointestinal qanaxmalarda ölümün əsas səbəblərindən biri hesab edilir. 2. Qanaxma zamanı lokalizasiyasından asılı olmayaraq ilk növbədə mənbəyə endoskopik müdaxilə olunmalıdır. 3. Qidaborusu varikozlarında band liqasiyası, Mədə varikozlarinda isə toxuma yapışdırıcısı ilə obliterasiya ən optimal üsul hesab olunur. 4. Qanayan mədə varikozları ilə yanaşı EV-da da qanaxma riski varsa, eyni momentdə onlara da müdaxilə olunması tövsiyyə edilir. 5. EV- dan qanaxmalar zamanı MV-na müdaxilə edilmir, çünki bu zaman bağlanan EV-dan təkrari qanaxma riski artmış olur.

Vol. 5(2)
Azerbaijan Medical University (AZ)
Openalex Percentile: Top 52%
Liver Disease and Transplantation
AI Navigator

Ask Laika to Summarize, Analyze, and Connect papers live on the map.

Summarize Papers & Methodologies

Extract key findings, datasets, and comparative methods across publications.

Benchmark Rankings & Visual Analytics

Rank top research institutions, authors, funders, topics, and journals by Field-Weighted Citation Impact (FWCI) and paper volume with instant charts.

Connect Distant Disciplines

Bridge topological clusters on the map to find hidden collaborative intersections.