Ali Təhsil Mühitində Tələbələrin Intellektual Yaradıcılığının Formalaşması Prosesinin Pedaqoji Əsasları
Bu tədqiqat ali təhsil məkanında tələbələrin intellektual yaradıcılığının formalaşma xüsusiyyətlərini və onun pedaqoji-psixoloji əsaslarını müəyyənləşdirməyə yönəlmişdir. Məqsəd tələbələrin intellektual və yaradıcı potensialının qarşılıqlı təsirini, onların peşəkar və fərdi inkişafındakı rolunu nəzəri və metodoloji baxımdan əsaslandırmaqdır. Araşdırmada subyektiv, resurs və ontoloji yanaşmalardan istifadə olunmuş, intellekt və yaradıcılığın ümumi və spesifik göstəriciləri müqayisəli-tarixi təhlil əsasında araşdırılmışdır. Nəticələr göstərmişdir ki, tələbə şəxsiyyətinin formalaşmasında motivasiya-dəyər, təşkilati-fəaliyyət, yaradıcı və refleksiv-qiymətləndirici komponentlərin inteqrasiyası mühüm rol oynayır. Müəllif ali təhsil mühitində müəllim və tələbə arasında dialoji yaradıcılıq münasibətlərinə əsaslanan sistemli model təklif edir. Bu model tələbələrdə özünüinkişaf, özünüaktuallaşdırma və intellektual yaradıcılıq mədəniyyətinin formalaşmasına şərait yaradır. Anahtar Kelimeler
Authors
- Shamil Mahmudov (ORCID: https://orcid.org/0009-0000-8063-6807)
Publication Details
- Journal
- Akademik Tarih ve Dusunce Dergisi
- Published
- 2025-10-15
- DOI
- https://doi.org/10.46868/atdd.2025.1022
- Primary Topic
- Educational Strategies and Epistemologies
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00