TRANSREGIONAL INTEGRATION MEXANISMS OF THE WORLD ECONOMY: A CONCEPTUAL APPROACH TO AZERBAIJAN’S REGIONAL COOPERATION
Məqalədə transregional səviyyədə formalaşan inteqrasiya təcrübələrinə və inteq-rasiya platformalarının əlaqələndirilməsi mexanizmlərinə nəzər salınır. İnteqrasiya istiqamətlərinin sistemli tədqiqi üçün baxış bucağının müəyyən edilməsindən, əməkdaşlıq mexanizmlərindən və metodiki yanaşmalardan bəhs olunur. Məqalədə müasir dünyada transregional əlaqələrin inkişafının mühüm elmi-nəzəri sualları araşdırılır: regional inteqrasiya və transregionalizm proseslərinin qarşılıqlı əlaqəsi; bu iki prosesin hərəkətverici amillərinin müəyyən edilməsi; regional inteqrasiya və transregional əməkdaşlıq siyasətində milli maraqların balanslığının təmini. Müəllif-lərin əsas ideyası və töhfəsi transregional inteqrasiyanın yeni iqtisadi artım mənbəyi kimi nəzərə alınması, iştirakçı ölkələrin iqtisadi faydaları haqqında nəticə çıxararkən inteqrasiyaya qeyri-xətti proses kimi yanaşılması və xarici iqtisadi əlaqələrin şaxələndirilməsidir. Məqalənin məqsədi beynəlxalq iqtisadi inteqrasiya səviyyə-lərinin qiymətləndirilməsi üçün mövcud metodoloji yanaşmaları sistemləşdirməkdir. Inteqrasiyanın «ölkə-region», «region-region» və «transregional» səviyyələrində motivləri və mexanizmləri, azad iqtisadi zonaların və infrastruktur layihələrin poten-sial imkanları qiymətləndirilir. Azərbaycanın xarici iqtisadi əlaqələrinin yeni istiqamətləri və inteqrasiya münasibətlərinin perspektivləri üzrə konseptual təkliflər irəli sürülür.
Institutions
- Centro Universitário de Caratinga (BR)
Publication Details
- Published
- 2025-01-01
- DOI
- https://doi.org/10.30546/unecsr.2025.13.1005
- Primary Topic
- Economic Sanctions and International Relations
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00