PERSPECTIVES OF POLİTİCAL ECONOMY: WIDENING THE SUBJECT OF INVESTIGATION
Tədqiqatın məqsədi bu gün inkişaf edən sosial-iqtisadi proseslərin gedişində yaranan və bütövlükdə iqtisad elminin, xüsusən də siyasi iqtisadın qarşısında yeni vəzifələr qoyan həmin yeni hadisələri təhlil etməkdir. Tədqiqat zamanı dialektik, konkret-tarixi, sistemli təhlil və məntiqi metodlardan istifadə edilmişdir. Tədqiqatın məhdudluğu siyasi iqtisad elmi üzrə mövcud olan əsərlərin əksəriyyətində bu elmin mövzusunu genişləndirən, sosial-iqtisadi həyatda baş verən dəyişikliklərin kifayət qədər araşdırılmaması hesab edilə bilər. Tədqiqat nəticəsində yeni texnologiyaların sürətli inkişafının təsiri altında müasir məhsuldar qüvvələrin strukturunda yaranan və iqtisad elminin özünün predmetini genişləndirən yeni hadisələr təhlil edilmişdir. Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, ondan milli dövlətin səmərəli sosial-iqtisadi siyasətinin inkişafı üçün zəruri olan məhsuldar qüvvələrin struktu-runda baş verən son dəyişiklikləri qiymətləndirmək üçün istifadə oluna bilər. Tədqiqatın elmi yeniliyi və orijinallığı müasir məhsuldar qüvvələrin inkişafı prosesində hazırda meydana çıxan yeni hadisələrin öyrənilməsində bir elm kimi siyasi iqtisadın imkanlarının müəyyən edilməsində və bununla da onun predmetinin genişləndirilməsindədir.
Institutions
- Centro Universitário de Caratinga (BR)
Publication Details
- Published
- 2025-01-01
- DOI
- https://doi.org/10.30546/unecsr.2025.13.1001
- Primary Topic
- Economic Theory and Institutions
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00